Bakı. Trend:
Hörmüz boğazı yaxınlığında son 24 saat ərzində dördüncü tanker minaya düşüb.
Bu barədə İran Hərbi Dəniz Qüvvələri məlumat yayıb.
Bildirilib ki, tanker bazar ertəsi günü boğazın şərqində İran tərəfindən icazə verilməyən marşrutla hərəkət edərkən hərbi minaya düşüb. Hadisə nəticəsində gəmidə yanğın baş verib və ona ciddi ziyan dəyib.
İran Hərbi Dəniz Qüvvələri təhlükəsiz keçidin təmin olunması üçün dənizçilik qaydalarına əməl edilməsinin və İranın silahlı qüvvələri ilə koordinasiyanın vacibliyini vurğulayıb.