Bakı. Trend:
Xaçmaz rayonunda bir nəfərin ölümü, üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Trend-in məlumatına görə, noyabrın 16-da saat 03 radələrində Asim Rüfət oğlu Muradxanov idarə etdiyi avtomobillə Yalama–Xudat istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yolun sağ kənarına aşıb.
Sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Avtomobildə olan sərnişinlər Şadrik Xanlar oğlu Babaxanov, Rafik Cahangir oğlu Arzumanov və Raik Kamran oğlu Ramazanov yüngül dərəcəli bədən xəsarətləri alıblar.
Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsində araşdırma aparılır.
