Yaponiya Quru Qoşunlarında struktur islahatları aparmağı planlaşdırır

Dünya xəbərləri Xəbər 17 Noyabr 2026 08:22 (UTC +04:00)
Yaponiya Quru Qoşunlarında struktur islahatları aparmağı planlaşdırır

Bakı. Trend:

Yaponiya Müdafiə Nazirliyi Tokioda yerləşən Quru Qoşunlarının Şərq Ordusunun inzibati strukturunun ləğvini və onun Şimal-Şərq Ordusu ilə birləşdirilməsini planlaşdırır. Bu tədbir süni intellekt sistemlərindən istifadə etməklə artıq qərargah strukturlarının ixtisarına yönəlib.

Bu barədə “Nikkei” işgüzar qəzeti məlumat yayıb.

Yaponiyanın Quru Qoşunları beş regional ordudan ibarətdir: Rusiya ilə həmsərhəd Hokkaydo adasında yerləşən Şimal Ordusu, Honsyu adasının müvafiq hissəsində yerləşən Şimal-Şərq Ordusu, mərkəzi Tokioda olan Şərq Ordusu, Honsyu adasının qalan hissəsini əhatə edən Mərkəzi Ordu və Şərqi Çin dənizinə baxan, Kyuşu və Okinava adalarının ərazilərini əhatə edən Qərb Ordusu. Bu sistem 1960-cı ildən mövcuddur.

İslahat nəticəsində ölkənin əsas adası olan Honsyuda yalnız iki ordu qalacaq, bununla da inzibati aparatın ixtisarı və logistikanın sadələşdirilməsi mümkün olacaq. Bu dəyişikliklər həmçinin ölkənin silahlı qüvvələrində şəxsi heyətin ciddi çatışmazlığı ilə əlaqədardır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti