Bakı.Trend:
İnkişaf etmiş ölkələr inkişaf etməkdə olan dövlətlərə, o cümlədən ASEAN üzvlərinə iqlim dəyişikliyinin nəticələrinə uyğunlaşmaq üçün maliyyə dəstəyini üç dəfə artırmalıdır.
TASS-ın məlumatına görə, bunu BMT-nin Baş katibi Antonio Quterreş ASEAN-ın Manilada keçirilən 49-cu sammiti çərçivəsində bildirib.
Onun sözlərinə görə, temperaturun yüksəlməsi fırtına, tayfun, quraqlıq və daşqınların dağıdıcı təsirlərini artıracaq, El-Nino hadisəsi isə kənd təsərrüfatındakı vəziyyəti daha da ağırlaşdıracaq.
Quterreş qeyd edib ki, maliyyə dəstəyi üç dəfə artırılsa belə, inkişaf etməkdə olan ölkələrin iqlimə uyğunlaşma üzrə ehtiyaclarının yalnız 30 faizi qarşılana biləcək.
