Ukrayna və Ermənistan Cənubi Qafqazda təhlükəsizliklə bağlı vəziyyəti müzakirə ediblər

Dünya xəbərləri Xəbər 17 Noyabr 2026 10:47 (UTC +04:00)
Ukrayna və Ermənistan Cənubi Qafqazda təhlükəsizliklə bağlı vəziyyəti müzakirə ediblər
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa bazar ertəsi Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşüb.

Ukrayna Xarici İşlər Nazirliyinin bazar ertəsi axşamı "Telegram" kanalında yaydığı məlumata görə, görüşdə ikitərəfli münasibətlərin inkişafı və Cənubi Qafqazdakı təhlükəsizliklə bağlı vəziyyət müzakirə olunub.

“Ukrayna regionda möhkəm sülhün və sabitliyin bərqərar olmasını dəstəkləyir”, – deyə Andrey Sibiqa bildirib.

Ukraynanın xarici işlər naziri, həmçinin Ermənistanlı həmkarına Ukraynanın ədalətli və davamlı sülhə nail olmaq istiqamətində səyləri barədə məlumat verib.

Nazirlər, eyni zamanda, bir sıra aktual regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti