Roma Papasının üzərinə atılan əşya gözünə dəydi (FOTO)

Dünya xəbərləri Xəbər 17 Noyabr 2026 09:50 (UTC +04:00)
Roma Papasının üzərinə atılan əşya gözünə dəydi (FOTO)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Roma Papası XIV Leo Peruda keçirilən ibadət mərasimi zamanı ona təsbeh atan şəxsin atdığı əşyanın gözünə dəyməsi nəticəsində xəsarət alıb.

Bu barədə “The Telegraph” qəzeti məlumat yayıb.

Hadisə Perunun paytaxtı Limada pontifikin avtomobillə toplaşan zəvvarların yanından keçdiyi zaman baş verib. Zəvvarlardan biri Roma Papasına doğru təsbeh atıb. Əşyanın gözünə dəyməsindən sonra XIV Leo əlini üzünə tutaraq gözlərini silməyə başlayıb.

Görüntülərdən əşyanın, ehtimal ki, zəvvarların Roma Papasından xeyir-dua almasını istədikləri təsbeh olduğu ehtimal edilir.

Buna baxmayaraq, XIV Leo səfərini davam etdirib və onun xəsarət aldığına dair heç bir əlamət olmayıb. O, moizəsi zamanı Peruya altıgünlük səfəri çərçivəsində göstərilən qonaqpərvərliyə görə ölkə sakinlərinə təşəkkür edib və Perunu öz vətəni adlandırıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti