Avropa Rusiya ilə bağlı qərar verdi - ABŞ-ni kənarlaşdırırlar

Dünya xəbərləri Xəbər 17 Noyabr 2026 11:13 (UTC +04:00)
Avropa Rusiya ilə bağlı qərar verdi - ABŞ-ni kənarlaşdırırlar
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Finlandiya Prezidenti Aleksander Stubb Avropanın Rusiya ilə danışıqları ABŞ-yə həvalə etməsini “məsuliyyətsizlik” kimi qiymətləndirib və Avropa ölkələrinin Moskva ilə dialoqu müstəqil şəkildə aparmasının vacibliyini vurğulayıb.

O, bu barədə “Financial Times” qəzetinə müsahibəsində bildirib.

“Biz uzun müddətdir Avropanın Rusiya ilə münasibətlərini ABŞ-yə həvalə edirik və hesab edirəm ki, bu, məsuliyyətsizlikdir”, – deyə Stubb qeyd edib.

Finlandiya Prezidenti Avropa ölkələrinin liderlərini Rusiya Prezidenti Vladimir Putinə birbaşa müraciət etməyə çağırıb. O, həmçinin avropalı liderləri realist olmağa və Rusiyanın razılığı olmadan hər hansı razılaşmanın mümkün olmayacağını anlamağa səsləyib.

Qeyd edək ki, oktyabrın 27-də Aleksander Stubb və Norveçin Baş naziri Yonas Qar Störe Finlandiya və Norveç tərəflərinin təşəbbüsü ilə Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparıblar. Tərəflər Ukraynadakı vəziyyəti, Baltik dənizi və Şimali Avropada təhlükəsizlik məsələlərini müzakirə ediblər.

Söhbət zamanı Rusiya, Ukrayna və ABŞ arasında üçtərəfli danışıqların Əbu-Dabidə bərpası ilə bağlı razılaşma müsbət qiymətləndirilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti