Britaniya Azərbaycanda BEM inkişafına dəstək olmağa hazırdır - Səfir

Siyasət Xəbər 17 Noyabr 2026 12:47 (UTC +04:00)
Britaniya Azərbaycanda BEM inkişafına dəstək olmağa hazırdır - Səfir
Gülnarə Rəhimova
Gülnarə Rəhimova
İngilis dili xidmətinin rəhbəri Bütün xəbərlər

Bakı.Trend:

Böyük Britaniya Azərbaycanda bərpaolunan enerji sektorunun inkişafına, o cümlədən 5 milyard funt sterlinqədək ixrac maliyyələşdirilməsi vasitəsilə dəstək göstərməyə hazırdır.

Bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Dunkan Norman çərşənbə axşamı Bakıda keçirilən mətbuat konfransında Trend-in sualını cavablandırarkən bildirib.

Onun sözlərinə görə, Böyük Britaniyada elektrik enerjisinin əhəmiyyətli hissəsi artıq bərpaolunan enerji mənbələri hesabına istehsal olunur və ölkə bu sahəni inkişaf etdirmək istəyən digər dövlətlərlə öz təcrübəsini bölüşməkdə maraqlıdır.

Səfir günəş enerjisi sahəsində Britaniya innovasiyalarına nümunə kimi bp şirkətinin Azərbaycanda iri günəş elektrik stansiyası layihəsini həyata keçirməsini göstərib.

O, həmçinin elektrik enerjisinin uzun məsafələrə ötürülməsinə imkan verən enerji sistemləri arasında bağlantılar sahəsində əməkdaşlıq perspektivlərini qeyd edib.

“Biz əməkdaşlığın bu istiqaməti üzrə fəal işləyirik və ümid edirik ki, yaxın həftələrdə yaxşı xəbərlər olacaq”, – deyə Norman bildirib.

Səfir, həmçinin Böyük Britaniyanın ümumi həcmi 5 milyard funt sterlinqədək olan ixrac kreditləşməsi mexanizminə malik olduğunu bildirib.

“İxrac olunan məhsulda və ya layihədə Britaniya komponenti olduğu təqdirdə şirkətlər bu maliyyələşdirmədən yararlana bilərlər. Bu maliyyələşdirmə yaşıl layihələr üçün də əlçatandır”, – deyə diplomat əlavə edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti