Aİ-nin xüsusi nümayəndəsi istefa verdi

Dünya xəbərləri Xəbər 17 Noyabr 2026 16:05 (UTC +04:00)
Aİ-nin xüsusi nümayəndəsi istefa verdi
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Avropa İttifaqının sanksiyalar üzrə xüsusi nümayəndəsi Devid O’Sallivan vəzifəsini tərk etmək niyyətində olduğunu açıqlayıb.

Bu barədə RTE telekanalı məlumat yayıb.

“Mən istefa verirəm, çünki dörd il ərzində bu vəzifədə çalışmışam və düşünürəm ki, artıq bu postu başqa bir şəxsin tutmasının vaxtı çatıb”,-deyə O’Sallivan telekanala açıqlamasında bildirib.

Qeyd olunub ki, Avropa Komissiyası artıq bu vəzifəyə yeni namizədin axtarışına başlayıb.

O’Sallivan 2022-ci ilin dekabrında Aİ-nin sanksiyalar üzrə xüsusi nümayəndəsi təyin edilib. O, Rusiyaya qarşı Aİ sanksiyalarına əməl olunmasına nəzarət etmək, eləcə də məhdudlaşdırıcı tədbirlərdən yan keçilməsinin qarşısını almaq məqsədilə üçüncü ölkələrlə (Aİ-yə üzv olmayan ölkələrlə) əməkdaşlığa cavabdeh olub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti