Bakı.Trend:
2027-ci ildə beynəlxalq böhranların və müharibələrin daha da şiddətlənməsi, süni intellektə qarşı mənfi münasibətin artması, yeni temperatur rekordlarının qeydə alınması, eləcə də Avropada sağçı partiyaların təsirinin güclənməsi mümkündür.
Bu barədə Britaniyanın "The Economist "jurnalında dərc olunan proqnoz xarakterli məqalədə bildirilir.
Jurnalın redaktoru Tom Stendeyc hesab edir ki, gələn il “Trampdan sonrakı dövr” başlayacaq. O, həmçinin ABŞ Prezidenti Donald Trampın hakimiyyətdən sakit şəkildə getməsinin gözlənilməməli olduğunu bildirib. Standicin fikrincə, Konqresin hər iki palatasına nəzarətin demokratlara keçməsindən sonra Tramp, böyük ehtimalla, öz təsirini qoruyub saxlamaq və siyasi irsini formalaşdırmaq üçün bütün imkanlardan istifadə etməyə çalışacaq.
Stendeyc qeyd edib ki, dünyanın digər ölkələri İranla müharibənin nəticələri ilə mübarizə aparmalı olacaq.
“Gübrə çatışmazlığı və super El-Nino (qlobal iqlimə təsir göstərən okean-atmosfer hadisəsi –red.) milyonlarla insanın ərzaq təhlükəsizliyini təhdid edir. Süni intellektin imkanları genişləndikcə onunla bağlı siyasi, maliyyə və kiberrisklər də getdikcə daha aydın görünəcək”, – deyə o yazıb.
Bundan əlavə, 2027-ci ilin yazında Fransada keçiriləcək prezident seçkilərində Marin Le Penin hakimiyyətə gəlməsi ehtimalı ilə əlaqədar Avropa İttifaqında “siyasi zəlzələ” baş verə biləcəyi qeyd olunur.
