Bakı.Trend:
Mayeləşdirilmiş neft qazı daşıyan "Gas Husky" tankeri Qara dənizin Bolqarıstan sahillərində qəza siqnalı göndərib.
Bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Liberiya bayrağı altında üzən gəmi Kaliakra burnundan təxminən 60 dəniz mili məsafədə olub. Hadisə həmin sahil xəttinin təxminən 40 dəniz mili yaxınlığında buğda daşıyan yük gəmisinin batmasından bir gün sonra baş verib.
Bolqarıstanın dənizçilik üzrə səlahiyyətli qurumları hadisə ilə bağlı araşdırmaya başlayıblar.
