Kim Çen In xizək kurortunda (FOTO)

Maraqlı Xəbər 17 Noyabr 2026 14:36 (UTC +04:00)
Kim Çen In xizək kurortunda (FOTO)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Şimali Koreya lideri Kim Çen In Samciyon şəhərində turizm zonasının tikinti sahələrinə baş çəkib.

Bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KCNA) məlumat yayıb.

Layihə çərçivəsində dağ-xizək eniş zolaqları, hotellər, turizm marşrutları və müasir nəqliyyat infrastrukturu ilə təchiz olunmuş, ilboyu fəaliyyət göstərəcək kurortun yaradılması nəzərdə tutulur.

Kim Çen In Samciyon hava limanının yenidən qurulması, dəmir yolunun və Pukpxote dağında dağ-xizək zonasının tikintisi ilə tanış olub. Burada hotellər, istirahət məkanları və xidmət personalı üçün yaşayış evləri inşa edilir.

Şimali Koreya lideri yeni binaların memarlıq üslubunu müsbət qiymətləndirərək onların təbii landşaftla ahəng təşkil etdiyini qeyd edib. Bununla yanaşı, o, interyerlərin tamamlanmasında və bəzi tikinti işlərində aşkar edilmiş çatışmazlıqların aradan qaldırılmasını tapşırıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti