Bu ölkə Ukraynaya gələn il ilk qırıclarını verəcək

Dünya xəbərləri Xəbər 17 Noyabr 2026 14:47 (UTC +04:00)
Bu ölkə Ukraynaya gələn il ilk qırıclarını verəcək
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

İsveç "Gripen" qırıcılarının ilk partiyasını 2027-ci il yanvarın əvvəlində Ukraynaya təhvil verməyi planlaşdırır.

TASS-ın məlumatına görə, bu barədə İsveçin müdafiə naziri vəzifəsini icra edən Pol Yonson Brüsseldə həmkarları ilə görüşdən əvvəl bildirib.

“Ümid edirik ki, Yeni ildən sonra Gripen qırıcılarını Ukraynaya təhvil verə biləcəyik”, – deyə o, jurnalistlərə bildirib.

İyul ayında İsveçin Baş naziri Ulf Kristersson NATO-nun Ankarada keçirilən sammitindən əvvəl İsveçin Ukraynaya hərbi yardım çərçivəsində 16 ədəd "Gripen C/D" qırıcısı verəcəyini, həmçinin müqavilə əsasında 16 ədəd "Gripen E" qırıcısı tədarük edəcəyini təsdiqləyib.

İsveçin "Saab" şirkətinin açıqlamasına görə, iyunun 30-da Ukrayna üçün 16 ədəd Gripen E qırıcısının tədarükünə dair İsveçin Müdafiə Təchizatı İdarəsi ilə müqavilə imzalanıb. Sifarişin dəyəri təxminən 24,6 milyard İsveç kronu (2,54 milyard dollar) təşkil edir. Sifariş 2026-cı ilin üçüncü rübündə rəsmiləşdirilib, tədarüklərin isə 2029–2030-cu illərdə həyata keçirilməsi planlaşdırılır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti