Bakı.Trend:
ABŞ Prezidenti Donald Tramp Çinin Şençjen şəhərində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə ayrıca görüş keçirməyə hazırdır.
RBK-nin məlumatına gör, ABŞ lideri bu barədə Manilada ASEAN sammiti çərçivəsində Dördtərəfli Təhlükəsizlik Dialoqu (QUAD) ölkələrinin liderləri ilə görüşdən əvvəl jurnalistlərə açıqlamasında bildirib. Çıxış Ağ Evin rəsmi "YouTube" kanalında yayımlanıb.
“Bunun baş tutub-tutmayacağını bilmirəm, amma mən belə bir görüş keçirməyə hazıram. Əgər bu mümkündürsə, bunu edərdim”, – deyə Tramp bildirib.
Bundan əvvəl Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putin və Donald Trampın Çinin Şençjen şəhərində keçiriləcək APEC sammiti çərçivəsində ayrıca görüşünün mümkünlüyünü istisna etməmişdi.
Qeyd edək ki, 33-cü Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) Liderlər Sammiti 18–19 noyabr 2026-cı il tarixlərində Çinin Şençjen şəhərində keçiriləcək.
