Bakı. Trend:
İranın sabiq Ali Lideri Ayətullah Seyid Əli Xamenei və ailə üzvlərinin ölümü ilə əlaqədar 92 ABŞ və 67 İsrail vətəndaşının cinayət işi məhkəməyə göndərilib.
İranın Məhkəmə Sisteminin məlumatına görə, bunu İranın Məhkəmə Sisteminin sözçüsü Əli Kazemi çərşənbə axşamı (17 noyabr) Tehranda keçirilən mətbuat konfransında deyib.
Kazemi bildirib ki, İranın sabiq Ali Lideri Ayətullah Seyid Əli Xamenei, Xameneinin həyat yoldaşı, qızı, gəlini, nəvəsi və kürəkəninin ölümü ilə əlaqədar cinayət işi açılıb.
Kazemi deyib ki, cinayət işi çərçivəsində həm mülki-hüquqi, həm də cinayət-hüquqi qaydada müvafiq tədbirlər həyata keçirilib.
Qeyd edək ki, 28 fevralda ABŞ və İsrailin İrana hərbi hava hücumları nəticəsində İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei və ailə üzvləri ölüb. Bir müddət sonra Ekspertlər Şurası onun oğlu Seyid Müctəba Xameneini İranın Ali Lideri seçib.
