Keçmiş UFC çempionu Nurmaqomedovlarla barışmayacağını bildirib

Dünya xəbərləri Xəbər 17 Noyabr 2026 16:47 (UTC +04:00)
Keçmiş UFC çempionu Nurmaqomedovlarla barışmayacağını bildirib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

UFC-nin sabiq çempionu, gürcüstanlı Merab Dvalişvili Əbu-Dabidə baş verən kütləvi dava qalmaqalından sonra rusiyalı MMA döyüşçüləri Usman və Umar Nurmaqomedovla əl sıxmayacağını bildirib.

Bu barədə o, tanınmış MMA jurnalistis Ariel Helvaninin "YouTube" kanalına verdiyi müsahibədə danışıb.

“Mən əsl kişilərlə əl sıxıram, amma bunlarla yox. Onlar yaxşı insanlar deyillər. Dağıstanın və müsəlmanların pis təmsilçiləridirlər”, – deyə Dvalişvili bildirib.

Noyabrın 11-də Dvalişvili PFL-in yüngül çəkidə çempionu Usman Nurmaqomedov və onun ətrafını Əbu-Dabidəki hotelin foyesində ona hücum etməkdə ittiham edib. Sosial şəbəkələrdə yayılan görüntülərdə rusiyalı döyüşçünün Dvalişviliyə yaxınlaşaraq onun üzünə şillə vurduğu, bundan sonra isə davanın başladığı görünür.

Əbu-Dabi polisi dava iştirakçılarından səkkiz nəfəri, eləcə də hadisəni videoya çəkən daha iki şəxsi saxlayıb. Nəticədə səkkiz nəfər altı ay müddətinə azadlıqdan məhrum edilib və cəzalarını çəkdikdən sonra deportasiya olunmaları barədə qərar verilib. Onlar həmçinin 300 min dirhəm (təxminən 138 min manat) məbləğində cərimələniblər. Digər iki şəxs – Dvalişvili və Saba Lazişvili isə 50 min dirhəm (təxminən 23 min manat) məbləğində cərimələnərək həbsdən azad ediliblər.

Beş gün sonra tərəflərin öz aralarında mübahisəni həll etmələri, qarşılıqlı iddialardan imtina edilməsi, eləcə də zərərçəkənin onların azadlığa buraxılması ilə bağlı müraciətindən sonra Əbu-Dabinin cinayət məhkəməsi həbs olunmuş səkkiz nəfərə verilən cəzanı yüngülləşdirib. Həbs cəzası 150 min dirhəm (təxminən 69 min manat) məbləğində cərimə ilə əvəz edilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti