Azərbaycan bazar iqtisadiyyatının dayanıqlılığı göstəricilərini yaxşılaşdırıb - AYİB

İqtisadiyyat Xəbər 17 Noyabr 2026 16:51 (UTC +04:00)
Azərbaycan bazar iqtisadiyyatının dayanıqlılığı göstəricilərini yaxşılaşdırıb - AYİB
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycan 2016-cı illə müqayisədə bazar iqtisadiyyatının dayanıqlılığı göstəricilərini yaxşılaşdırıb.

Bu barədə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) “Transition Report 2026” adlı keçid hesabatında dayanıqlı bazar iqtisadiyyatının altı əsas xüsusiyyətinin (ATQ) qiymətləndirilməsi cədvəlində əks olunan məlumatlarda bildirilir.

Hesabata əsasən, 2026-cı ildə Azərbaycanın rəqabət qabiliyyəti meyarı üzrə əldə etdiyi nəticə 2016-cı ildəki 4,31 balla müqayisədə 4,51 bal təşkil edib. Dövlət idarəçiliyinin keyfiyyəti üzrə ölkə 5,89 bal toplayıb ki, bu da on il əvvəlki göstəricidən (5,36 bal) 0,53 bal çoxdur.

Ekoloji dayanıqlılıq göstəricisi 2016-cı ildəki 4,79 balla müqayisədə 5,31 bala yüksəlib. İnklüzivlik kateqoriyasında Azərbaycanın göstəricisi 5,28 bal təşkil edib. On il əvvəl bu göstərici 4,93 bal olub.

Xarici və daxili sarsıntılara davamlılıq (Resilient) üzrə qiymətləndirmə 2016-cı ildəki 3,55 balla müqayisədə 0,25 bal artaraq 3,80 bala çatıb.

Bunun əksinə olaraq, inteqrasiya (Integrated) kateqoriyasında Azərbaycanın göstəricisi 2016-cı ildəki 5,62 baldan 2026-cı ildə 5,08 bala enib.

2025-ci illə müqayisədə ən nəzərəçarpan artım dövlət idarəçiliyi meyarı üzrə qeydə alınıb – göstərici 5,85 baldan 5,89 bala yüksəlib. Rəqabət qabiliyyəti üzrə qiymətləndirmə 4,50 baldan 4,51 bala artıb. Ekoloji dayanıqlılıq, inklüzivlik və sarsıntılara davamlılıq göstəricilərində dəyişiklik olmayıb. İnteqrasiya üzrə qiymətləndirmə isə 5,10 baldan 5,08 bala enib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti