İraq Kərkük-Ceyhan neft kəməri ilə Türkiyəyə xam neft nəqlini bərpa edib

Dünya xəbərləri Xəbər 17 Noyabr 2026 19:43 (UTC +04:00)
İraq Kərkük-Ceyhan neft kəməri ilə Türkiyəyə xam neft nəqlini bərpa edib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend%:

Hörmüz böhranı fonunda İraq 2014-cü ildən fəaliyyəti dayandırılmış Kərkük-Ceyhan neft kəməri vasitəsilə Türkiyəyə xam neft nəqlini bərpa edib.

TASS-ın məlumatına görə, bu barədə İraqın neft naziri Bəsim Xudeyr əl-Abadi bildirib.

Onun sözlərinə görə, ilkin mərhələdə kəmər vasitəsilə gündəlik 120 min barel neft nəql ediləcək. Gələcəkdə bu həcmin 500 min barelə çatdırılması planlaşdırılır.

Kəmərin yenidən istifadəyə verilməsi İraqın şimalından neft ixracı üçün əlavə marşrut yaradacaq, ölkənin cənubdakı ixrac terminallarından və Hörmüz boğazından asılılığını azaldacaq.

Xatırladaq ki, iyulun 8-də ABŞ Prezidenti Donald Tramp atəşkəsin pozulduğunu bəyan edərək İrana qarşı yeni zərbələrə göstəriş verib. Buna cavab olaraq İran ABŞ-nin Fars körfəzi regiondakı hərbi obyektlərini raket və pilotsuz uçuş aparatları ilə hədəfə alıb. Vaşinqton İranın danışıqlara qayıda biləcəyini istisna etməsə də, Hörmüz boğazının təhlükəsizliyi, nüvə proqramı və digər məsələlər ətrafındakı fikir ayrılıqları sülh prosesinin gələcəyini qeyri-müəyyən saxlayır. Hazırda Hörmüz boğazında ticarət gəmiçiliyi yenidən demək olar ki, iflic vəziyyətə gəlib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti