Bakı. Trend:
Böyük Britaniya Ukraynaya hava hücumundan müdafiə (HHM) sistemlərində, o cümlədən pilotsuz uçuş aparatlarına qarşı istifadə olunacaq mindən çox qısamənzilli raket göndərməyi planlaşdırır.
Bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, raketlərlə yanaşı, hərbi yardım paketi çərçivəsində Ukraynaya 10-dan çox HHM radiolokasiya stansiyası və dron əleyhinə raketlər üçün buraxılış qurğuları da veriləcək. Silahların ümumi dəyəri təxminən 330 milyon dollar təşkil edir. Tədarüklərə dekabrın ortalarında başlanması nəzərdə tutulur.
Britaniyanın Müdafiə Nazirliyi, həmçinin xatırladıb ki, London daha əvvəl qış mövsümü ərəfəsində Ukraynanın hava hücumundan müdafiə imkanlarını gücləndirmək məqsədilə Kiyevə 400 zenit raketi ayırıb.
Bundan başqa, Böyük Britaniya, Ukrayna və İsveç arasında Stokholmun "Gripen" qırıcı təyyarələrinin Kiyevə verilməsi mexanizmini nəzərdə tutan niyyət memorandumu imzalanıb.