Putinlə rəqs etmiş avstriyalı keçmiş XİN rəhbəri vətəndaşlıqdan məhrum edilə bilər

Dünya xəbərləri Xəbər 17 Noyabr 2026 20:52 (UTC +04:00)
Putinlə rəqs etmiş avstriyalı keçmiş XİN rəhbəri vətəndaşlıqdan məhrum edilə bilər
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Avstriya hakimiyyəti ölkənin keçmiş xarici işlər naziri Karin Knayslı vətəndaşlıqdan məhrum etmək imkanını nəzərdən keçirir.

Bu barədə “Kronen Zeitung” qəzeti məlumat yayıb.

Vyananın miqrasiya məsələləri üzrə idarəsi bir neçə il əvvəl Rusiyaya köçmüş Karin Knayslın Avstriya vətəndaşlığını itirib-itirmədiyini araşdırır.

Avstriya qanunvericiliyinə əsasən, ölkə vətəndaşının başqa dövlətin vətəndaşlığını əldə etməsi, eləcə də xaricdə işləyərək fəaliyyəti ilə Avstriyanın maraqlarına zərər vurması hallarında onun vətəndaşlığı ləğv edilə bilər.

Daha əvvəl Knaysl Rusiya universitetində dərs dediyinə görə Avstriya hakimiyyətinin onun vətəndaşlıqdan məhrum edilməsi prosesinə başladığını bildirmişdi.

“Əgər vətəndaşlığı olmayan şəxsə çevrilsəm, BMT-yə müraciət edərək ağ pasport istəyəcəyəm”, – deyə o qeyd etmişdi.

Qeyd edək ki, Karin Knaysl 2017-2019-cu illərdə Avstriyanın xarici işlər naziri vəzifəsində çalışıb. 2018-ci ildə onun toy mərasimində Rusiya Prezidenti Vladimir Putin də iştirak edib. Həmin vaxt Putin səfərinin şəxsi xarakter daşıdığını vurğulamışdı. O, mərasimdə yeni evlənənləri təbrik edib və gəlinlə rəqs edib. Rəqsdən sonra Knaysl Putinin qarşısında dərin təzim edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti