NATO ölkələri Ukrayna üçün ABŞ-dən 10 milyard dollardan çox dəyərində silah alıb

Dünya xəbərləri Xəbər 18 Noyabr 2026 00:48 (UTC +04:00)
NATO ölkələri Ukrayna üçün ABŞ-dən 10 milyard dollardan çox dəyərində silah alıb

Bakı. Trend:

NATO-ya üzv ölkələr Ukraynaya hərbi yardım göstərilməsi çərçivəsində ABŞ-dən silah və hərbi texnika alınması üçün 10 milyard dollardan çox vəsait ayırıblar.

Bu barədə NATO-nun Baş katibi Mark Rutte alyansın Brüsseldəki qərargahında Ukraynaya silah tədarükü üzrə Təmas Qrupunun iclasından sonra keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, sözügedən vəsait Ukraynanın Prioritet Tələblər Siyahısı (PURL) təşəbbüsü çərçivəsində ayrılıb.

Rutte NATO ölkələrinin hərbi yardım yükünü daha ədalətli şəkildə bölüşdürməsinin vacibliyini vurğulayıb. O bildirib ki, hazırda alyansın bir sıra üzv dövlətləri xərclərin əsas hissəsini öz üzərinə götürür.

NATO-nun Baş katibi bu məsələnin iki gün sonra Berlində keçiriləcək “Könüllülər koalisiyası”nın toplantısında da müzakirə olunacağını qeyd edib.

Xəbər lenti

Xəbər lenti