Bakı. Trend:
Bolqarıstanın paytaxtı Sofiya şəhərində Kudo əlbəyaxa döyüş növü üzrə Avropa çempionatı keçirilib.
Çempionatda Azərbaycanı təmsil edən Vüsal Əliyev 270 kateqoriyasında uğurla çıxış edərək qızıl medal qazanıb və ikinci dəfə Avropa çempionu tituluna yiyələnib.
Yarışın ilk mərhələsini birbaşa keçən idmançımız növbəti mərhələlərdə İngiltərə və Litva təmsilçilərini məğlub edib. Final qarşılaşmasında isə Bolqarıstanı təmsil edən erməni idmançı üzərində qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.
Beləliklə, Vüsal Əliyev Azərbaycanda Kudo döyüş növü üzrə yeganə dünya çempionu və ikiqat Avropa çempionu kimi növbəti tarixi uğura imza atıb.
