Bakı. Trend:
Kiminsə müxalifət nümayəndəsi olması onu hüquqi məsuliyyətdən azad etmir.
Trend-in müxbiri xəbər verir ki, bu barədə çərşənbə günü Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Almaniya xarici işlər naziri Johann David Vadephulla birgə brifinqdə verilən suala cavabında deyib.
"Mənə elə gəlir ki, siz sualınızın, sualınızda da müəyyən mənada verdiyiniz sualın cavabını da verirsiniz. Çünki siz deyirsiniz ki, onunla bağlı hal-hazırda istintaq gedir, araşdırmalar həyata keçirilir və hər bir hüquqi dövlətdə olduğuna görə hər bir şəxs öz etdiyi əməllərə görə qanun qarşısında bərabərdir, qanun qarşısında cavab verməlidir. Və hal-hazırda gedən hüquqi araşdırma Azərbaycan qanunvericiliyinə tam uyğun bir şəkildə həyata keçirilir və nəticədə məhkəmənin yekun qərarı nədən ibarət olacaqsa, o da hesab edirəm ki, bütün suallara cavab verəcək", - nazir əlavə edib.
Ceyhun Byaramov hər bir hüquqi dövlətdə olduğu kimi Azərbaycanda da hər kəsin qanun qarşısında bərabər olduğunu xatırladıb.
"Kiminsə müxalifət nümayəndəsi olması onu böyük məsuliyyətdən azad etmir. Düşünürəm ki, bu Almaniyada da dünyanın digər dövlətlərində də belədir".
