Yasamalda avtomobillə motosiklet toqquşub, bir nəfər ölüb

Hadisə Xəbər 18 Noyabr 2026 09:39 (UTC +04:00)
Yasamalda avtomobillə motosiklet toqquşub, bir nəfər ölüb
Firayə Nurizadə
Firayə Nurizadə
Müxbir Bütün xəbərlər

Bakı. Trend:

Bakının Yasamal rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə saat 10 radələrində Moskva prospekti 45 ünvanında, tunelin girişində qeydə alınıb.

Qismət Qaçayevin idarə etdiyi “Toyota” markalı avtomobil Asif Ağaverdiyev Asifin idarə etdiyi “Dayun DY-156-ES” markalı motosikletlə toqquşub. Nəticədə motosiklet sürücüsü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti