Superliqa klubları azərbaycanlı yarımmüdafiəçini istəyir

İdman Xəbər 18 Noyabr 2026 05:06 (UTC +04:00)
Superliqa klubları azərbaycanlı yarımmüdafiəçini istəyir

Bakı. Trend:

Azərbaycanlı futbolçu Ramin Əhmədov karyerasını Özbəkistan Superliqasında davam etdirə bilər.

Başa çatan mövsümü Qırğızıstanda “Ozgon”un heyətində parlaq çıxış edən, 14 qolla bombardilər siyahısında yer alan və komandası ilə 2-ci yeri tutan Əhmədov Özbəkistanın bir neçə klubunun maraq dairəsindədir.

Onlar arasında “Dinamo”(Səmərqənd) və “Lokomotiv” klubları var. Əhmədovun hansı qərarı verəcəyi qış "transfer pəncərəsi" zamanı bəlli olacaq.

Xəbər lenti

Xəbər lenti