Qızılın qiyməti 3 800 dollar həddindən aşağı enib

İqtisadiyyat Xəbər 18 Noyabr 2026 08:00 (UTC +04:00)
Qızılın qiyməti 3 800 dollar həddindən aşağı enib

Bakı. Trend:

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb.

Nyu-Yorkun “COMEX” əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin dəyəri 1,73% azalaraq 3,797,3 dollarına bərabər olub.

“COMEX”də gümüşün bir unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin qiyməti də 3,22% azalaraq 45.83 dollar təşkil edib.

Xəbər lenti

Xəbər lenti