Rumıniyada zəlzələ baş verib

Dünya xəbərləri Xəbər 18 Noyabr 2026 05:58 (UTC +04:00)
Rumıniyada zəlzələ baş verib

Bakı. Trend:

Rumıniyanın cənub-şərqində 5,3 bal gücündə zəlzələ baş verib.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanlar Bakı vaxtı ilə saat 04:48-də təxminən 130 min nəfər əhalisi olan Buzau şəhərindən 65 kilometr şimal-qərbdə qeydə alınıb.

Zəlzələnin ocağı 140 kilometr dərinlikdə yerləşib.

Zərərçəkənlər və dağıntılar barədə məlumat verilməyib.

Xəbər lenti

Xəbər lenti