Bakı.Trend:
Amerikalı müğənni Maykl Ceksonun 100-dən çox şəxsi əşyası, o cümlədən 1986-cı ildə qazandığı American Music Awards mükafatının heykəlciyi "Julien’s Auctions" hərrac evində satışa çıxarılıb.
Bu barədə TASS məlumat yayıb.
Hərrac evinin saytında yer alan son məlumatlara görə, ən yüksək qiymətləndirilən lot 1983-cü ildə çəkilmiş “Thriller” klipində istifadə olunan qırmızı dəri gödəkçədir. Hazırda həmin lot üzrə ən yüksək təklif 8,5 milyon dollar təşkil edir.
American Music Awards mükafatının heykəlciyi üçün isə 30-dan çox təklif verilib və son təklif 7 min dollar olub. Ümumilikdə, hərracda 110 lot üzrə satış keçirilir. Onların əsas hissəsini müğənninin səhnə geyimləri, kliplərində istifadə olunan paltarlar və müxtəlif aksesuarlar təşkil edir.
Hərrac dekabrın 7-dən 9-dək Əbu-Dabidə keçiriləcək "Julien’s Celebrity & Pop Culture Experience" proqramının bir hissəsidir.
