Bakı. Trend:
Biznes hesabı üçün bir neçə iş günü gözləməyə ehtiyac yoxdur. Yelo
Bank-da hüquqi şəxslər bunu İnternet Bankçılıq vasitəsilə həmin
gün, dəqiqələr içində edə bilir.
Proses üç mərhələdən ibarətdir. Əvvəlcə müştəri qeydiyyat sorğusunu
doldurur və valyuta seçir, şirkətə aid məlumatlar isə sistemə
avtomatik gəlir. Sonra sənədlər formalaşdırılır və ASAN İmza ilə
imzalanır, istəyə görə nüsxələr şəxsi e-mail ünvanına göndərilə
bilər. Yekunda məsafədən identifikasiya aparılır və uğurlu
nəticədən sonra hesab aktivləşir. Bütün bunlar banka getmədən, tam
rəqəmsal formada baş verir!
Hesab açılışı üçün ödəniş tutulmur. Qeyd edək ki, yeni müştərilər
üçün xidmət iş günləri saat 09:00–17:00 arası işləyir. Aktivləşən
hesab üzrə köçürmələr, əməkhaqqı ödənişləri, konvertasiya və digər
əməliyyatlar İnternet Bankçılıqda bir neçə kliklə icra olunur.
Yelo İnternet Bankçılıq xidməti: https://ylb.az/ibank.
Onlayn bank hesabi
acmaq üçün əlavə dəstək lazımdır? O zaman 981 nömrəsinə zəng
edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az
hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!
Hüquqi şəxslər üçün biznes hesabı bir neçə dəqiqəyə!
Foto: Yelo Bank