Bakı. Trend:
Azərbaycan və Almaniya Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmər mövcuddur və xüsusi önəm kəsb edir.
Trend-in müxbiri xəbər verir ki, bu barədə çərşənbə günü Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Almaniya xarici işlər naziri Johann David Vadephulla birgə brifinqdə çıxışı zamanı deyib.
Nazir bildirib ki, ölkələr arasında kifayət qədər hüquqi baza mövcuddur.
“Bugünədək iki ölkə arasında 80 müxtəlif sənəd imzalanıb və qüvvədədir. 2026-ci ilin ilk 9 ayında ticarət həcmi 1 milyard ABŞ dollar həcmində olub. Azərbaycanda 210 alman şirkəti aktiv fəaliyyət göstərir. Almaniyanın Azərbaycana qoyduğu investisiya 950 milyon ABŞ dollarına yaxındır”,- deyə o əlavə edib.
Nazir xatırladıb ki, ənənəvi olaraq xam neft ixracı sahəsində mövcud olan əlaqələrlə yanaşı, yeni inkişaf istiqaməti kimi Azərbaycan qazının Almaniyaya tədarükünə başlanılıb.
Ceyhun Bayramov bildirib ki, nununla da Azərbaycanın qaz təchizatı həyata keçirdiyi ölkələrin sayı artıq 16 ölkəyə çatıb.
