Polşada Baş naziri istefaya göndərmək cəhdi uğursuz oldu

Dünya xəbərləri Xəbər 18 Noyabr 2026 11:15 (UTC +04:00)
Polşada Baş naziri istefaya göndərmək cəhdi uğursuz oldu
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Polşa Seyminin deputatlarının əksəriyyəti Baş nazir Donald Tuskun hökumətinə etimadsızlıq votumunun elan edilməsinin əleyhinə səs verib.

"TVP INFO" telekanalının məlumatına görə, təşəbbüsü 200 parlamentari dəstəkləyib, 242 deputat isə onun əleyhinə çıxış edib.

Səsvermə təşəbbüsü irəli sürən keçmiş baş nazir, hazırda “Razvitie plyus” partiyasına rəhbərlik edən Mateuş Moravetski hökuməti Konstitusiya Məhkəməsi ətrafında yaranmış münaqişədə, işsizliyin artmasında, büdcə kəsirinin böyüməsində və elektrik enerjisi qiymətlərinin yüksək olmasında təqsirləndirir

Təşəbbüsü müxalifətdəki “Hüquq və Ədalət” və “Konfederasiya” partiyalarının deputatları dəstəkləyib. Hakim “Vətəndaş Koalisiyası”nın nümayəndələri isə bunun əleyhinə səs veriblər.

Donald Tuskun rəhbərlik etdiyi hökumət 2023-cü ilin dekabrından hakimiyyətdədir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti