“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verildi

Cəmiyyət Xəbər 18 Noyabr 2026 12:06 (UTC +04:00)
“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verildi

Bakı. Trend:

Sığorta almaq üçün harasa getmək, ödəniş etmək üçün fərqli kanallardan istifadə etmək, həkimə yazılmaq üçün zəng etmək? Artıq bunlara ehtiyac yoxdur!

“PAŞA Sığorta” müştəriyönümlü yanaşmasını rəqəmsal xidmətlərində də davam etdirərək, yenilənmiş mobil tətbiqində geniş imkanları bir araya gətirir! İndi sığorta təminatlarınızı nəzərdən keçirə, əhatə olunan risklərlə tanış ola, yeni sığorta məhsullarını onlayn əldə edə və aylıq ödənişlərinizi birbaşa tətbiqdən həyata keçirə bilərsiniz. Üstəlik, həkimə yazılmaq və tibbi xidmətlər barədə məlumat almaq da indi daha rahatdır!

Mobil tətbiq müştərilərin gündəlik həyat tərzinə və ehtiyaclarına uyğun hazırlanıb. Müasir texnologiyalar və yenilənmiş rəqəmsal həllər istifadəçi təcrübəsini daha rahat, sürətli və intuitiv edir. Bu, hələ son deyil! “PAŞA Sığorta” gələcəkdə də innovativ məhsullar və həllər əlavə edərək rəqəmsal xidmətlərini təkmilləşdirməyə davam edəcək.

Hər şey bir tətbiqdə. Rahatlıq bir toxunuşda!

Yeni tətbiqi yükləmək üçün BURA daxil olun.

Xəbər lenti

Xəbər lenti