Almaniyanın müdafiə naziri Rusiyanın dərinliklərinə zərbələri dəstəkləyib

Dünya xəbərləri Xəbər 18 Noyabr 2026 11:57 (UTC +04:00)
Almaniyanın müdafiə naziri Rusiyanın dərinliklərinə zərbələri dəstəkləyib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Almaniyanın müdafiə naziri Boris Pistorius Ukraynanın Rusiya ərazisinin dərinliklərinə endirdiyi zərbələri tənqid etməyin axmaqlıq olduğunu bildirib.

Onun Ramştayn formatında keçirilən iclasın yekunlarına dair mətbuat konfransında səsləndirdiyi fikirləri “Ukrinform” agentliyi yayıb.

“Fikrimcə, Rusiyaya qarşı strateji hərbi hədəflərin və hərbi məqsədlər üçün istifadə olunan obyektlərin məhv edilməsinə yönəlmiş bu cür zərbələri tənqid etmək kifayət qədər axmaqlıqdır”, – deyə Pistorius bildirib.

Almaniyanın müdafiə naziri diqqətin bunun əvəzinə Rusiya Silahlı Qüvvələrinin fəaliyyətinə yönəldilməli olduğunu iddia edib.

Bundan əvvəl ABŞ Ukraynanı cəbhə xəttini qorumağa və orta mənzilli zərbələrə diqqət yetirməyə çağıraraq, Rusiyanın dərin arxa cəbhəsinə endirilən zərbələrin effektivliyini şübhə altına alıb. Pentaqon rəhbərinin müavini Elbric Kolbi bildirib ki, bu cür əməliyyatlar Rusiya qoşunlarının irəliləməsini ləngitmir, mülki infrastruktura zərbələr isə Moskvanın eskalasiyaya hazır olmasını daha da gücləndirə bilər.

O, həmçinin Rusiyanın uzaqmənzilli zərbələr endirmək imkanları baxımından Ukraynadan üstünlüyə malik ola biləcəyini vurğulayıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti