Orta Dəhliz və Transxəzər nəqliyyat marşrutu Almaniya üçün iqtisadi və strateji əhəmiyyət daşıyır - Nazir

İqtisadiyyat Xəbər 18 Noyabr 2026 11:35 (UTC +04:00)
Orta Dəhliz və Transxəzər nəqliyyat marşrutu Almaniya üçün iqtisadi və strateji əhəmiyyət daşıyır - Nazir
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı.Trend:

Orta Dəhliz və Transxəzər nəqliyyat marşrutu Almaniya üçün iqtisadi və strateji əhəmiyyət daşıyır.

Bu barədə Almaniya xarici işlər naziri Johann David Vadephul Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla birgə brifinq zamanı Trend-in sualını cavablandırırkən bildirib.

Nazir qeyd edib ki, Almaniyanın və Avropa İttifaqının əsas məqsədlərindən biri həm siyasi, həm də iqtisadi sahələrdə etibarlı tərəfdaşlar tapmaqdır.

“Məhz buna görə də biz azad ticarət sazişlərini təşviq edirik və infrastrukturun perspektivli tərəfdaşlarla əlaqələrimizi daha yaxşı qurmağımıza imkan verməsi istiqamətində işləyirik.

Bu kontekstdə Orta Dəhliz Avropa üçün strateji əhəmiyyət kəsb edir. Məhz buna görə də onun həyata keçirilməsi Avropa İttifaqı və Almaniyanın fəal işlədiyi prioritet layihələrdən biridir.

Ümid edirəm ki, qısa müddət ərzində müsbət nəticələr əldə edə biləcəyik. Mən həmçinin Ermənistanda buna nail olmağa çalışacağam və bu layihə üzrə konkret praktiki işə keçməyə çağıracam”.

Xəbər lenti

Xəbər lenti