Rusiyada Rövşən Əsgərova qarşı cinayət işinə qiyabi baxılacaq

Dünya xəbərləri Xəbər 18 Noyabr 2026 12:03 (UTC +04:00)
Rusiyada Rövşən Əsgərova qarşı cinayət işinə qiyabi baxılacaq
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Moskvada İkinci Qərb Dairə Hərbi Məhkəməsi “Nə? Harada? Nə zaman?” ( Что? Где? Когда?) intellektual televiziya oyununun keçmiş iştirakçısı Rövşan Əsgərov barəsində cinayət işinə qiyabi qaydada baxacaq.

Bu barədə TASS məlumat yayıb.

O, “nasizmin reabilitasiyasında, Rusiya ordusu haqqında saxta məlumatların yayılmasında, nifrətə təhrikdə və terror xarakterli digər cinayətlərdə” ittiham olunur.

Məhkəmənin mətbuat xidmətindən TASS-a bildirilib ki, cinayət işinin materialları məhkəməyə daxil olub, lakin hələlik məhkəmə iclasının tarixi müəyyən edilməyib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti