Sumqayıtda 1 nəfər dənizdə batıb - Axtarış aparılır (VİDEO)

Hadisə Xəbər 18 Noyabr 2026 14:02 (UTC +04:00)
Sumqayıtda 1 nəfər dənizdə batıb - Axtarış aparılır (VİDEO)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Sumqayıt Dənizkənarı Bulvarın ərazisində dənizdə 1 nəfərin batıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Hazırda vətəndaş - 2006-cı il təvəllüdlü Şahaliyev Nəsrəddin Sədrəddin oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti