“İpək Yolu Sığorta” lisenziyasının məhdudlaşdırılmasının səbəbini açıqlayıb

İqtisadiyyat Xəbər 18 Noyabr 2026 12:50 (UTC +04:00)
“İpək Yolu Sığorta” lisenziyasının məhdudlaşdırılmasının səbəbini açıqlayıb
Sadiq Cavadov
Sadiq Cavadov
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı. Trend:

“İpək Yolu Sığorta” Açıq Səhmdar Cəmiyyəti (ASC) uzunmüddətli strateji hədəfləri və gələcək inkişaf prioritetləri ilə əlaqədar sığorta fəaliyyəti üzrə lisenziyasının könüllü qaydada məhdudlaşdırılması üçün Azərbaycan Mərkəzi Bankına (AMB) müraciət edib.

Bu barədə şirkətin yaydığı rəsmi məlumatda bildirilib.

Qeyd olunub ki, müraciət əsasında AMB 11 noyabr 2026-cı il tarixində şirkətin sığorta fəaliyyəti üzrə lisenziyasını məhdudlaşdırıb.

“İpək Yolu Sığorta” Açıq Səhmdar Cəmiyyəti uzunmüddətli strateji hədəflərinə və gələcək inkişaf prioritetlərinə uyğun olaraq, fəaliyyət istiqamətlərinin yenidən qiymətləndirilməsi və optimallaşdırılması çərçivəsində, sığorta fəaliyyəti üzrə lisenziyasının könüllü qaydada məhdudlaşdırılması barədə Azərbaycan Respublikasının Mərkəzi Bankına rəsmi müraciət edib. Könüllü müraciətə əsasən, 11 noyabr 2026-cı il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən “İpək Yolu Sığorta” ASC-nin sığorta fəaliyyəti üzrə lisenziyası məhdudlaşdırılıb", - deyə məlumatda vurğulanıb.

Şirkət qüvvədə olan sığorta müqavilələri üzrə öhdəliklərin icrası məsələsinə də aydınlıq gətirib.

“Bununla yanaşı, “İpək Yolu Sığorta” ASC qüvvədə olan sığorta müqavilələri üzrə üzərinə götürdüyü öhdəliklərin tam həcmdə icrasını təmin edəcək”, - deyə şirkətdən bildirilib.

Məlumata görə, qarşıdakı dövrdə şirkətin strateji inkişaf prioritetlərinə uyğun həyata keçirilməsi nəzərdə tutulan tədbirlər və planlaşdırılan yeniliklər barədə əlavə məlumat təqdim olunacaq.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının qərarına əsasən, “İpək Yolu Sığorta” ASC-nin lisenziyası 24 sığorta növü üzrə icazələrin ləğv edilməsi yolu ilə məhdudlaşdırılıb. “Sığorta fəaliyyəti haqqında” Qanunun 105.3-cü maddəsinə əsasən, bu məhdudiyyət şirkətə müvafiq sığorta növləri üzrə yeni müqavilələr bağlamağı və qüvvədə olan müqavilələrin müddətini uzatmağı qadağan edir.

Şirkətdən bildirilib ki, qüvvədə olan sığorta müqavilələri üzrə öhdəliklər tam həcmdə yerinə yetiriləcək. Gələcəkdə sığorta fəaliyyəti istiqamətində dəyişiklik zərurəti yaranarsa, qanunvericiliyin tələblərinə uyğun olaraq Mərkəzi Banka müraciət ediləcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti