Bakı.Trend:
ABŞ-də Pakistan vətəndaşı Asif Merçant prezident Donald Trampa qarşı sifarişli qətl təşkil etməyə cəhd etdiyinə görə 27 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
"İnterfaks" bu barədə ABŞ Ədliyyə Nazirliyinə istinadən məlumat yayıb.
İttiham tərəfinin versiyasına görə, 48 yaşlı Merçant İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) adından fəaliyyət göstərib. Trampdan başqa, onun ehtimal olunan hədəfləri arasında ABŞ-nin keçmiş prezidenti Co Bayden və Birləşmiş Ştatların BMT-dəki keçmiş daimi nümayəndəsi Nikki Heyli də olub.
Xatırladaq ki, Merçant 2026-cı ildə ehtimal olunan "muzdlu qatillərə" ilkin ödəniş etdikdən sonra saxlanılıb. Lakin sonradan həmin şəxslərin əslində FTB-nin məxfi əməkdaşları olduğu üzə çıxıb.
