Bakı.Trend:
Rusiya Prezidenti Vladimir Putinin səfəri fonunda Tacikistanda pilotsuz uçuş aparatlarının (dronların) uçuşlarına 3 gün müddətinə qadağa qoyulub.
Bu barədə TASS Düşənbə şəhər Daxili İşlər İdarəsinə istinadən məlumat yayıb.
Məlumata görə, Düşənbədə noyabrın 18-dən 20-dək dronlardan istifadəyə qadağa tətbiq ediləcək. Bildirilib ki, məhdudiyyət Tacikistan paytaxtının bütün ərazisini əhatə edir və dronların bütün növlərinə şamil olunur.
Tacikistan Daxili İşlər Nazirliyi qadağanın konkret səbəbini açıqlamayıb. Lakin Rusiyanın “Vzqlyad” qəzetinin yazdığına görə, məhdudiyyət Rusiya Prezidenti Vladimir Putinin noyabrın 19-20-də Tacikistana planlaşdırılan işgüzar səfəri ilə əlaqədardır.
