Moldova XİN Rusiyaya etiraz notası təqdim edib

Dünya xəbərləri Xəbər 18 Noyabr 2026 13:15 (UTC +04:00)
Moldova XİN Rusiyaya etiraz notası təqdim edib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Moldovanın Xarici İşlər Nazirliyi Rusiya səfirini çağıraraq, Rusiyanın Ukraynaya hücumları fonunda pilotsuz uçuş aparatlarının ölkənin hava məkanını pozması ilə əlaqədar ona etiraz notası təqdim edib.

Moldovanın "TV8" telekanalının məlumatına görə, bu barədə Moldova Xarici İşlər Nazirliyinin Mətbuat xidməti bəyanat yayıb.

Məlumata görə, noyabrın 17-də yeddi pilotsuz uçuş aparatı Moldova ərazisi, o cümlədən paytaxt Kişinyau üzərindən qanunsuz uçuş həyata keçirib. Onlardan altısı ölkə ərazisinə düşüb.

XİN baş verənləri ölkənin suverenliyinin pozulması kimi qiymətləndirib və bu cür insidentlərin vətəndaşların həyatı və təhlükəsizliyi üçün təhdid yaratdığını bildirib.

Etiraz notasını təqdim edən Moldova tərəfi Rusiyadan bu cür hərəkətlərə son qoymağı, ölkənin hava məkanına və sərhədlərinə hörmət etməyi tələb edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti