Rusiyada hərbi təyyarə qəzasında ölənlərin sayı 19-a çatdı

Dünya xəbərləri Xəbər 18 Noyabr 2026 15:18 (UTC +04:00)
Rusiyada hərbi təyyarə qəzasında ölənlərin sayı 19-a çatdı
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Kemerovo vilayətində "An-12" hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 19 nəfərə çatıb.

TASS-ın verdiyi xəbərə görə, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

İlkin məlumata əsasən, qəzanın səbəbi texniki nasazlıq olub. Hadisənin bütün təfərrüatlarının araşdırılması üçün Rusiya Aerokosmik Qüvvələrinin komissiyası hadisə yerində işləyir.

Qeyd edək ki, noyabrın 17-də Kemerovo vilayətində "An-12" hərbi-nəqliyyat təyyarəsi planlı uçuş zamanı qəzaya uğrayıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti