Bakı. Trend:
Noybarın 20-də Agalarov Development şirkətinin prezidenti Emin Ağalarov Moksvada keçiriləcək Daşınmaz Əmlak Bazarı Liderləri Forumunun (MREF) xüsusi qonağı olacaq.
Forumun təşkilat Komitəsinin açıqlamasında qeyd olunub ki, Moskvada yubiley forumu çərçivəsində Emin Ağalarovla daşınmaz əmlak bazarında davamlı dəyişikliklər fonunda developer şirkətlərin missiyasının, dəyərlərinin və fəaliyyət istiqamətlərinin necə transformasiya olunduğu barədə müzakirələr ediləcək.
Tədbirdə daşınmaz əmlak bazarının aktual məsələləri, investisiya strategiyaları, biznes üçün yeni imkanlar, sektorun inkişaf perspektivləri və bazarın gələcək istiqamətləri barədə fikir mübadiləsi aparılacaq.
MREF forumu bu il 20 illik yubileyini qeyd edir. Tədbir daşınmaz əmlak sektorunun aparıcı nümayəndələrini, investorları, biznes liderlərini və ekspertləri bir araya gətirəcək.
Forum noyabrın 20-də Moskvanın Radisson Collection Hotelində keçiriləcək.
