Bakı.Trend:
Rusiyanın “Azimut” aviaşirkətinə məxsus, Mineralnıye Vodı şəhərindən Türkiyənin Antalyasına uçuş həyata keçirən "Sukhoi Superjet 100" təyyarəsinin göyərtəsindən mümkün partlayıcı qurğu ilə bağlı siqnal daxil olub.
TASS-ın məlumatına görə, hadisə təyyarə Türkiyənin hava məkanında olarkən baş verib.
Siqnalın daxil olmasından sonra Türkiyənin təhlükəsizlik xidmətləri gücləndirilmiş hazırlıq vəziyyətinə gətirilib.
Təyyarə daha sonra Antalyanın hava limanına uğurla eniş edib.
Enişdən sonra təyyarənin xüsusi ayrılmış təhlükəsiz əraziyə yönəldilməsi və mütəxəssislər tərəfindən mümkün partlayıcı qurğunun aşkar edilməsi məqsədilə yoxlanılması planlaşdırılır.
