Bakı. Trend:
Azərbaycanın Baş naziri Əli Əsədov noyabrın 18-də Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili ilə görüşüb.
Bu barədə Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, görüşdə Azərbaycan ilə Gürcüstan arasında strateji tərəfdaşlığa əsaslanan münasibətlərin uğurla inkişaf etdiyi vurğulanıb.
Tərəflər oktyabrın 30-da keçirilmiş Azərbaycan–Gürcüstan Hökumətlərarası Komissiyasının 11-ci iclasında razılaşdırılmış məsələlərin icrasını, həmçinin ikitərəfli əlaqələrin aktual istiqamətlərini nəzərdən keçiriblər.
Görüşdə iki ölkə arasında ticarət-iqtisadi, investisiya, nəqliyyat-tranzit, enerji və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.
