Bakı.Trend:
Cənubi Koreya Prezidenti Li Ce Myon ali məktəblərə qəbul imtahanlarında süni intellektdən (Sİ) istifadə etməklə köçürmə hallarını aşkara çıxaran şəxslərə 74,9 min dollar məbləğində mükafat veriləcəyini açıqlayıb.
"Bloomberg"in məlumatına görə, bu qərar imtahanlarda süni intellekt və mikrokameralardan istifadə etməklə həyata keçirilən saxtakarlıq hallarının artması fonunda qəbul edilib. Belə ki, mühasibat uçotu üzrə imtahanda ən yüksək nəticə göstərən abituriyentlərdən biri mürəkkəb texnoloji vasitələrlə köçürdüyünü etiraf edib.
Li Ce Myon bildirib ki, məlumat verən şəxslərə hər bir aşkar edilmiş hal üzrə ən azı 74,9 min dollar ödəniləcək. Cinayətdə iştirak edən şəxslərin sayından asılı olaraq mükafat artırıla, əlbir olduğu şəxslər barədə məlumat verənlərin isə cəzası yüngülləşdirilə bilər.
Yeni tədbirlər çərçivəsində köçürmə edən abituriyentlərin 10 il müddətinə imtahanları yenidən verməsinin qadağan edilməsi, imtahan mərkəzlərində gücləndirilmiş yoxlamaların aparılması və süni intellekt funksiyalı cihazlardan istifadənin qarşısının alınması nəzərdə tutulur.
