Putinlə Tramp arasında APEC sammitində danışıq baş tutmayıb

Dünya xəbərləri Xəbər 18 Noyabr 2026 19:38 (UTC +04:00)
Putinlə Tramp arasında APEC sammitində danışıq baş tutmayıb

Bakı. Trend:

Vladimir Putin və Donald Tramp Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində hələlik ətraflı müzakirələr aparmayıblar.

TASS-ın məlumatına görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, iki ölkənin liderləri yalnız Çin Xalq Respublikasının sədri Si Cinpinin adından təşkil olunan rəsmi qəbul zamanı bir-birlərini salamlayıblar.

Prezidentlərin məzmunlu söhbət edib-etmədikləri ilə bağlı suala cavabında Peskov deyib: "Xeyr, onlar sadəcə bir-birlərini salamlayıblar, vəssalam".

Məqalədə:

Xəbər lenti

Xəbər lenti