Bakı. trend:
Noyabrın 18-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ABŞ-nin sülh missiyaları üzrə xüsusi nümayəndəsinin baş müşaviri Arye Laytstounu qəbul edib.
Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüş zamanı Azərbaycan-ABŞ ikitərəfli münasibətləri, habelə regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər iki ölkə arasında Strateji Tərəfdaşlıq Xartiyası çərçivəsində əməkdaşlıq istiqamətləri üzrə konkret layihələrin perspektivlərini nəzərdən keçiriblər.
Bununla yanaşı, regional bağlantıların, Orta Dəhlizin və
nəqliyyat-logistika imkanlarının inkişafı məsələləri müzakirə
olunub. Bu çərçivədə, eyni zamanda TRIPP layihəsinin regional
nəqliyyat və iqtisadi bağlantıların gücləndirilməsinə, habelə
Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz
bağlantının təmin edilməsinə töhfəsi vurğulanıb.
Görüşdə həmçinin Azərbaycan-Ermənistan normallaşma prosesi, eləcə
də digər qarşılıqlı maraq doğuran istiqamətlər ətrafında da fikir
mübadiləsi aparılıb.
