Azərbaycana nərə kürüsü gətirmək bahalaşacaq

Cəmiyyət Xəbər 18 Noyabr 2026 20:26 (UTC +04:00)
Azərbaycana nərə kürüsü gətirmək bahalaşacaq
Əliş Abdulla
Əliş Abdulla
Parlament müxbiri Bütün xəbərlər

Bakı. Trend:

Nərə kürüsünün Azərbaycana idxalı zamanı tətbiq edilən gömrük tarifi dəyişdiriləcək.

Trend-in araşdırmasına görə, 2030-cu il dekabrın 31-dək məhsulun gömrük dəyərinin 15 faizi həcmində rüsum tutulacaq, lakin bu məbləğ hər 1 kiloqram üçün 200 ABŞ dollarından az olmayacaq.

Belə ki, dəyişiklik hazır və ya konservləşdirilmiş balıq məhsulları, nərə balığı kürüsü və onun dənəciklərindən hazırlanmış əvəzedicilərlə bağlı tarif cədvəlində nərə kürüsünə aid sətri əhatə edir.

Nərə kürüsünün idxalı üzrə tarif dərəcəsi sütununda göstərilən 15 rəqəmi yeni şərtlə əvəz olunur. Qərara əsasən, 2030-cu il dekabrın 31-dək gömrük dəyərinin 15 faizi həcmində rüsum tətbiq ediləcək, lakin hər 1 kiloqram üçün ödəniləcək məbləğ 200 ABŞ dollarından az olmayacaq.

Qərarın bu müddəası sənədin dərc edildiyi 13 noyabr 2026-cı il tarixindən 90 gün sonra qüvvəyə minəcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti