Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp İranla qarşıdurmanın tezliklə həllinə nail olmaq niyyətində olduğunu açıqlayıb.
Donald Tramp jurnalistlərin suallarını cavablandırarkən bu barədə danışıb.
“Bəli, mən bunu həll edəcəyəm. Bəli, tezliklə. Bu və ya digər şəkildə, biz bunu həll edəcəyik. Onlar razılaşma istəyirlər, amma bizə uzunmüddətli razılaşma lazımdır”, – deyə Amerika lideri bildirib.
Tramp jurnalistin razılaşma əldə olunana qədər Amerika qoşunlarını bölgədə saxlamaq niyyətində olub-olmadığı ilə bağlı sualına belə cavab verib.
ABŞ prezidenti, həmçinin hətta ölkəyə “pis və zəif” prezident rəhbərlik etsə belə, qüvvədə qalacaq bir razılaşma əldə etməyə çalışdığını vurğulayıb.
