“Neftçi” FIBA Avropa Kubokunda növbəti məğlubiyyətini alıb

İdman Xəbər 19 Noyabr 2026 01:25 (UTC +04:00)
Müzəffər İbrahimov
Müzəffər İbrahimov
Bütün xəbərlər

Bakı. Trend:

“Neftçi” basketbol komandası FIBA Avropa Kubokunun müntəzəm mövsümündə növbəti oyununa çıxıb.

H qrupunun VII turu çərçivəsində Latviyada “Riqa” komandasının qonağı olan “ağ-qaralar” 55:96 hesabı ilə məğlub olublar.

Qeyd edək ki, əvvəlki altı qarşılaşmanın yalnız birində qələbə qazanan, beşində isə məğlub olan “Neftçi” 8 xalla H qrupunda sonuncu pillədə qərarlaşıb.

Xəbər lenti

Xəbər lenti